“Land Cruiser” motosikletə çırpıldı - Kuryer öldü
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.
Belə ki, “Land Cruiser” markalı avtomobil yolla hərəkət edən motosikletə çırpılıb. Nəticədə motosiklet sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.
İlkin məlumata görə, vəfat edən şəxs kuryerdir.
Qəza olan əraziyə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"


