Ukraynaya kömək edən komandan İSTEFAYA GÖNDƏRİLİR

Ukraynaya kömək edən komandan İSTEFAYA GÖNDƏRİLİR

ABŞ-nin Avropa və Afrikadakı qüvvələrinin komandanı və NATO quru qüvvələrinin komandanı, Ukraynaya köməyi ilə xatırlanan Kristofer Donaxyu bu yay istefa verəcək. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "The Atlantic" qəzeti yazır.

Nəşr bildirib ki, Kristofer Donaxyu müdafiə naziri Peter Hegsetin yüksək rütbəli hərbçiləri təmizləməsinin son qurbanıdır: 

“Onun vəzifədə cəmi 18 ay işlədikdən sonra qəfil getməsi dəyişikliyin daha bir əlamətidir".

Məqalə müəllifləri istefanın səbəbinin Heqsetin 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan "fəlakətli" çıxarılmasında iştirak edən hərbçiləri təmizləmək cəhdi ilə əlaqəli ola biləcəyini vurğulayırlar. O vaxt Kristofer Donaxyu ölkəni tərk edən sonuncu Amerika əsgəri idi.

Xəzər
“Cebheinfo.az”