Avtomobil piyadanı vuraraq öldürüb

Avtomobil piyadanı vuraraq öldürüb

Türkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, 1997-ci il təvəllüdlü Nəsirov Davud Zəhvər oğlu idarə etdiyi "BYD" markalı avtomobillə Türkan qəsəbəsində hərəkətdə olan zaman piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilməsinə baxmayaraq orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

"Cebheinfo.az"