Spiker kürsüsünə 3 namizəd var - ADLAR
Hazırda Ermənistan Milli Məclisinin sədri vəzifəsi uğrunda öz namizədliyini irəli sürmüş 3 namizəd mübarizə aparır:
hazırkı spiker Alen Simonyan, vitse-spiker Ruben Rubinyan və parlament fraksiyasının lideri Hayk Konjoryan.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Azatutyun” öz mənbələrinə istinadən yazıb.
Məlumatına görə, öz namizədliyini irəli sürmə mərhələsi dünən başa çatıb.
Lakin partiyadaxili səsvermənin dəqiq tarixi və formatı hələ müəyyən edilməyib.
Partiya rəhbərliyinin seçkiləri açıq formatda, yoxsa qapalı, gizli səsvermə yolu ilə keçirəcəyi də məlum deyil.
Bu, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının Parlament sədri vəzifəsinə namizədinin seçilməsinə aiddir.
Xəzər
“Cebheinfo.az”


