Şimali koreyalı əsgər Cənubi Koreyaya qaçıb

Şimali koreyalı əsgər Cənubi Koreyaya qaçıb

Cənubi Koreya sərhədi keçən bir Şimali Koreya əsgərinin saxlanıldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, “Yonhap” agentliyinin yaydığı məlumata görə, sərhədi keçən Şimali Koreya hərbçisi Cənubi Koreya qüvvələri tərəfindən saxlanılıb.

Cənubi Koreya Baş Qərargahının açıqlamasında bildirilib:

"Ordumuz çərşənbə axşamı axşam saatlarında sərhədin mərkəzi hissəsində bir Şimali Koreya əsgərini yaxalayıb. Müvafiq qurumlar hadisənin təfərrüatlarını araşdırırlar".

Hadisə ilə bağlı əlavə məlumat paylaşılmayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"