Futbol sevinci faciə ilə bitdi

Futbol sevinci faciə ilə bitdi

İordaniyada Dünya Çempionatında keçirilən İordaniya-Əlcəzair matçını izləmək üçün paytaxt Əmmanın Haşimi meydanına toplaşan azarkeşlər arasında izdiham yaşanıb. 

"Cebheinfo.az" İordaniyanın nüfuzlu “Əl-Uruba” agentliyinə istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı səhərə yaxın, İordaniyanın Əlcəzairə 2:1 hesabı ilə uduzduğu oyun zamanı baş verib. Rəsmilər meydandakı sıxlıq və azarkeşlərin hərəkətliliyi səbəbindən izdiham yarandığını bildiriblər. 

Təcili tibbi yardım qrupları hadisədən sonra 9 nəfəri xəstəxanaya çatdırıb. Yaralılardan birinin sonradan dünyasını dəyişdiyi, digər 8 nəfərin isə yüngül və orta dərəcəli xəsarətlər aldığı açıqlanıb. 

İordaniya İctimai Təhlükəsizlik İdarəsinə istinadən edilən açıqlamada hadisə ilə bağlı araşdırmaların davam etdiyi qeyd olunub. 

Nigar Hacılı 
"Cebheinfo.az"