“Qızıl Günbəz” döyüşə hazırdır
"ABŞ-də hazırlanmış “Qızıl Günbəz” raketdən müdafiə sisteminin ilk sınağı uğurlu keçib".
“Cebheinfo.az”-ın məlumatına görə, Pentaqon rəhbərliyinin açıqlamasında belə deyilir.
ABŞ Prezidenti Donald Tramp əvvəllər sistemin quru, dəniz və kosmik sistemləri əhatə edəcəyini və səlahiyyət müddəti bitənə qədər istifadəyə veriləcəyini bildirmişdi.
Rusiya və Çin ABŞ-ın bu layihəsinin beynəlxalq təhlükəsizliyə ciddi mənfi təsir göstərəcəyini bəyan ediblər.
Müşfiq Abdulla
“Cebheinfo.az”

