Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Şimali Kiprin parlament sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə "Cebheinfo.az"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində Ziya Öztürkler Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

"Cebheinfo.az"