Marko Rubio Mirzoyana görün nə hədiyyə etdi
ABŞ Dövlət katibi Marko Rubio Ermənistanı tərk etdikdən sonra Ararat Mirzoyana hədiyyə göndərib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır.
“May ayının 26-da Ararat Mirzoyan ABŞ Dövlət katibi Marko Rubio ilə “Zvartnots” hava limanında qısa görüş keçirib və sənədlər imzalanıb.
Bu görüşdən bir neçə gün sonra ABŞ-nin Ermənistandakı səfirliyi ABŞ Dövlət katibi adından Mirzoyana boşqab və kasa çatdırıb. Bu hədiyyələr iyunun 10-da Xarici İşlər Nazirliyinə göndərilib.
Korrupsiyanın Qarşısının Alınması Komitəsindən əldə etdiyimiz məlumata görə, boşqab və kasa “Salisbury Pewter” markalıdır və qalaydan hazırlanıb.
Boşqabın dəyəri 175.200 dram (477,88 dollar-red.), kasanın dəyəri isə 91.280 dramdır (249 dollar-red.)”, - deyə məlumatda qeyd edilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”

