Fərhad Mehdiyev: “Subay qalmaq istəyən hər kəsə deyirəm...”

Fərhad Mehdiyev: “Subay qalmaq istəyən hər kəsə deyirəm...”

“İnsanın hiss edəbiləcəyi ən ülvi hiss sevgidir, bu onu insan edir. Onun da ən dərini, ən təmənnasız olanı, ən pak olanı valideynin öz övladına olan sevgisidir”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə tanınmış vəkil Fərhad Mehdiyev “Facebook” səhifəsində yazıb.

O bildirib ki, subay gənclər özlərini övlad sevgisindən məhrum etməməlidir:

“Buna görə də subay qalmaq istəyən hər kəsə deyirəm, ailə qurun, uşaq sahibi olun. Bu sevgini dadın. Yuxusuz gecələrdən onu keçirməklə, əlindən tutub böyütməklə, ona həyat məktəbində müəllim olmaqla, ən sonda əldə etdiklərinizi ona verib, bu dünyadan vidalaşmaqla siz bir insan, bir şəxsiyyət yetişdirirsiniz, və o şəxsiyyət sizin bu dünyada davamınızı təmin edir.

Övlad sevgisindən özünüzü məhrum etməyin, ailə qurun, ər-arvad əl-ələ verib nəsil böyüdün, onların xoşbəxtliyini görün ki ruhunuz rahat eləsin. Çalışın boşanmayın, ailənizi keçici tamah - istehlak - kapriz hisslərinə qurban verməyin”.

Xatırladaq ki, Fərhad Mehdiyevin qızı iyunun 16-da avtomobil qəzasında faciəvi şəkildə həyatını itirib.

"Cebheinfo.az"