Kartlardan pul silinir - XƏBƏRDARLIQ

Kartlardan pul silinir - XƏBƏRDARLIQ

Azərbaycan Beynəlxalq Bankının (ABB) kart istifadəçiləri üçün texniki çətinlik yaranıb. 

“Cebheinfo.az” xəbər verir ki, bank tərəfindən yayımlanan bildirişdə qeyd olunub ki, hazırda 3-cü tərəfli yaşanan texniki problem səbəbindən kartlarda əlavə vəsait silinməsi halları baş verib.  

Bildirilib ki, yaranmış problem üzərində iş aparılır və yaxın zamanda aradan qaldırılacaq.

ABB istifadəçilərdən göstərilən texniki nasazlıqla bağlı anlayışlı olmalarını xahiş edib.

Aişə Abdulova
“Cebheinfo.az”