Trampdan sərt mesaj: “Senatorlar işimi daha da çətinləşdirdilər”
ABŞ Prezidenti Donald Tramp ABŞ Senatında İrana qarşı hərbi əməliyyatların qarşısını almağı hədəfləyən müharibə səlahiyyətləri qanun layihəsinin qəbul edilməsinin "düşmənə yardım etmək" mənasına gəldiyini iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında ABŞ Senatında müharibə səlahiyyətləri qanun layihəsinin səsverməyə çıxarılması ilə bağlı paylaşım edib.
İranı "kənara sıxışdırdığını", bu ölkənin "(ABŞ-yə) demək olar ki, hər şeyi verməyə hazır olduğunu və onilliklər sonra ilk dəfə ABŞ-yə və onun Prezidentinə hörmət etdiyini" irəli sürən Tramp, ABŞ Senatının isə "vaxtı düzgün seçilməmiş və mənasız" bir müharibə səlahiyyətləri qanun layihəsini səsə qoymaq qərarına gəldiyini qeyd edib.
"Senat dünyanın bir nömrəli terror sponsoruna qarşı etdiklərimi ABŞ-nin bəyənmədiyini və dayanmalı olduğumu söyləyir", – deyə bildirən Tramp, bununla da "düşmənə yardım və rahatlıq təmin edildiyini" iddia edib.
Tramp dörd respublikaçı senatorun demokratlarla birlikdə səs verdiyini vurğulayaraq, "Bu senatorlar işimi daha da çətinləşdirdilər, lakin belə də, mən bu işi görəcəyəm", – deyə qiymətləndirmə aparıb.
ABŞ Senatında keçirilən səsvermədə 4 respublikaçı senatorun da dəstəyi ilə Trampa ABŞ ordusunun İrana qarşı hücumlarını dayandırması istiqamətində iradə nümayiş etdirən Nümayəndələr Palatasının qərarı qəbul edilmişdi.
Qərar böyük ölçüdə simvolik xarakter daşısa və tam mənası ilə hüquqi məcburiyyətə sahib olmasa da, həm Nümayəndələr Palatasındakı, həm də Senatdakı bir sıra respublikaçı millət vəkillərinin həm müharibə, həm də Trampın İranla müharibəni bitirmək üçün əldə etdiyi razılaşma ilə bağlı artan narahatlıqlarını əks etdirir.
Nigar Hacılı
"Cebheinfo.az"

