Qalibaf Bakıda bəyan etdi: “Müqaviləyə hazırıq”

Qalibaf Bakıda bəyan etdi: “Müqaviləyə hazırıq”

“İran Fars körfəzi bölgəsindəki ölkələrlə təhlükəsizlik müqavilələri bağlamağa hazırdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən sessiyasında bildirib.

"Müsəlman ölkələrinə, xüsusən də Yaxın Şərq bölgəsinə və xüsusən də Fars körfəzi dövlətlərinə xüsusi marağı olan İran onlarla davamlı iqtisadi əməkdaşlıqla dəstəklənəcəktəhlükəsizlik müqavilələri bağlamağa hazır olduğunu bəyan edir. Bu, onları ortaq düşmənlərdən qoruyacaq və ərazilərini bütün investorlar üçün təhlükəsiz edəcək",-deyə o bildirib.

Qalibaf vurğulayıb ki, müsəlman dünyasının gələcəyi dağıdıcı rəqabətlə deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və davamlı siyasi dialoqla formalaşmalıdır.

Xəzər
“Cebheinfo.az”