Bayramov Ukrayna Bərpa Konfransında iştirak edəcək

Bayramov Ukrayna Bərpa Konfransında iştirak edəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.

XİN-dən verilən məlumata görə, səfər çərçivəsində nazirin iyunun 25-də Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.

Bununla yanaşı, C.Bayramovun bir sıra yüksəksəviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır. 

"Cebheinfo.az"