Mançesterdə Məhərrəmlik yürüşü

Mançesterdə Məhərrəmlik yürüşü

İngiltərənin Mançester şəhərində İmam Hüseynin xatirəsinə həsr olunan ənənəvi Məhərrəmlik yürüşü keçirilib.

"Cebheinfo.az” xəbər verir ki, yürüşdə yüzlərlə şiə müsəlman iştirak edib.

Yürüşün görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər tədbiri dini etiqad və ibadət azadlığının təzahürü kimi qiymətləndiriblər. Digərləri isə iştirakçıların sayının çoxluğunu və şəhər mərkəzində yaranan mənzərəni tənqid ediblər.

Xarici KİV-lərdə yürüşün Aşura və Məhərrəm mərasimləri çərçivəsində keçirilən ənənəvi anım tədbiri olduğu vurğulanıb.

Bildirilib ki, iştirakçılar Kərbəla hadisələrini, İmam Hüseynin mübarizəsini və fədakarlığını yad etmək üçün bir araya gəliblər.

Qeyd olunub ki, Mançesterdəki şiə icmasının təşkil etdiyi bu cür anım yürüşləri uzun illərdir keçirilir və tədbirlər adətən yerli hakimiyyət orqanlarının məlumatlandırılması ilə baş tutur.

Əfsanə
"Cebheinfo.az”