Daş karxanasında 49 yaşlı kişi yıxılaraq ölüb
Qaradağ rayonunda daş karxanasında işləyən 49 yaşlı kişi yıxılaraq ölüb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə ötən gün rayonun Qızıldaş qəsəbəsində baş verib.
Cəlilabad rayon sakini 1977-ci il təvəllüdlü Əkram Əliyev işlədiyi daş karxanasında ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"


