Trampdan Venesuelaya çağırış: Yardım etməyə...
ABŞ Prezidenti Donald Tramp Venesuelada ardıcıl baş verən 7,2 və 7,5 bal gücündə iki zəlzələdən sonra bu ölkəyə hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda, “Venesuelanın möhtəşəm xalqını indicə iki böyük zəlzələ vurdu. Hər ikisi çox şiddətli idi və dağıdıcı sayda insan itkisinə səbəb oldu”, - ifadələrini işlədib.
ABŞ-nin hər cür yardıma hazır olduğunu vurğulayan Tramp bütün aidiyyəti qurumlara lazımi tapşırıqları verdiyini qeyd edib:
“Yeni və möhtəşəm dostlarımızın yanında olacağıq. Gələn ilk məlumatlar heç də yaxşı deyil”.Xatırladaq ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin meydana gəldiyini açıqlayıb.
Məlumata görə, Yaracuy ştatının Yumare şəhərinin 23 kilometr cənub-şərqində 7,5, San Felipe şəhərinin isə 24 kilometr şimal-şərqində 7,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bildirilib ki, Yumaredə baş verən zəlzələnin dərinliyi 10 kilometr, San Felipe yaxınlığındakı zəlzələnin dərinliyi isə 21,9 kilometr olub.
Nigar Hacılı
"Cebheinfo.az"


