Fransada fövqəladə vəziyyət elan edildi

Fransada fövqəladə vəziyyət elan edildi

Fransada günlərdir davam edən həddindən artıq isti hava şəraiti fonunda 48 vilayətdə meşə yanğını riski səbəbindən xəbərdarlıq səviyyəsi narıncı rəngə qaldırılıb.

"Cebheinfo.az" xəbər verir ki, Fransanın meteorologiya xidməti Meteo-France bildirib ki, iyunun 23-ü və dünən ölkədə indiyədək qeydə alınan ən isti günlərdən olub.

Dünən paytaxt Parisdə havanın temperaturu 40,3 dərəcəyə, Bordo şəhərində 41,8 dərəcəyə, Cazo şəhərində isə 43,6 dərəcəyə çatıb.

Ölkə üzrə davam edən ekstremal istilər səbəbindən bu gün 72 vilayət üçün qırmızı xəbərdarlıq elan edilib.Bundan əlavə, 48 vilayətdə meşə yanğını riski ilə əlaqədar xəbərdarlıq səviyyəsi narıncıya yüksəldilib. Haute-Garonne və Deux-Sèvres vilayətlərində isə ən yüksək – qırmızı xəbərdarlıq qüvvəyə minib.

Vətəndaşların ölkədəki təbii ərazi yanğınlarını bildirdiyi Feux de Forêt platformasının məlumatına əsasən, hazırda Fransanın müxtəlif bölgələrində 26 yanğın ocağı aktiv olaraq qalır.

Milli mətbuatda yer alan xəbərlərə görə, İndre və Çer departamentlərinin sərhədində yerləşən əkin sahəsində məhsul yığımı zamanı baş verən yanğın nəticəsində 110 hektar kənd təsərrüfatı sahəsi külə dönüb.

Təxminən 80 yanğınsöndürənin müdaxilə etdiyi yanğın dünən axşam nəzarət altına alınıb. Hadisə nəticəsində bir bina da dağılıb.İyunun 18-dən etibarən davam edən isti hava dalğası dövründə Fransada 48 nəfər suda boğularaq həyatını itirib.

Nigar Hacılı 
"Cebheinfo.az"