Yaponiya sahillərində güclü zəlzələ baş verib – FOTOLAR
Yaponiyanın şimal-şərqindəki İvate əyaləti sahillərində 7.2 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, İvate əyalətinin Kuji şəhəri sahillərində qeydə alınan 7.2 bal gücündəki zəlzələ yerin 51.7 kilometr dərinliyində baş verib.
Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.
Zəlzələ anına aid görüntülərdə yeraltı təkanların təsirindən evdəki çılçırağın şiddətlə yırğalandığı, bəzi əşyaların isə yerindən düşərək ətrafa dağıldığı görülüb.
Nigar Hacılı
"Cebheinfo.az"


