Fiziki qüsurlu yeniyetmə əlil arabasından yıxılaraq ölüb
Naxçıvanda fiziki qüsurlu 10 yaşlı oğlan təkərli oturacaqdan (əlil arabasından) yıxılaraq ölüb.
"Cebheinfo.az" xəbər verir ki, Babək rayonu Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində təkərli oturacaqdan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
Yeniyetmə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
"Cebheinfo.az"


