Bank sektorunun aktivləri 5 %-ə yaxın artıb
İyunun 1-nə Azərbaycanda bankların cəmi aktivləri 59 milyard 183.7 milyon manat təşkil edib.
“APA-Economics” bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin iyunun 1-i ilə müqayisədə 4,65% çoxdur.
Hesabat dövründə bankların cəmi öhdəlikləri 51 milyard 612.2 milyon manat, balans kapitalı 7 milyard 571.5 milyon manat olub. May ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 3.2% və 3.9% artıb, balans kapitalı isə 1.2% azalıb.
"Cebheinfo.az"


