"Könüllülər koalisiyası"nın iclası ELAN EDİLDİ

"Könüllülər koalisiyası"nın iclası ELAN EDİLDİ

Fransa Prezidenti Emmanuel Makron Ukrayna məsələsi ilə bağlı "könüllülər koalisiyası"nın növbəti iclasının 13 iyulda keçiriləcəyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, o, bu açıqlamanı Almaniya, İtaliya, Fransa, Böyük Britaniya və Polşanın daxil olduğu Avropa Beşliyi (E5) çərçivəsində danışıqlardan sonra Berlində keçirilən mətbuat konfransında verib.

Onun sözlərinə görə, son zamanlar Avropa ölkələri ilə ABŞ-nin mövqeləri arasında yaxınlaşma müşahidə olunur. Bunun qarşıdakı tədbirlərdə gücləndirilməsi lazımdır.

"Bu yaxınlaşma Ankarada keçiriləcək NATO sammitində, daha sonra isə 13 iyulda keçirəcəyimiz Ukraynaya dəstək və təhlükəsizlik zəmanətləri üzrə "könüllülər koalisiyası"nın iclasında davam etdirilməlidir", -Makron bildirib. 

Xəzər 
"Cebheinfo.az"