Modi ilə Paşinyan əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Modi ilə Paşinyan əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Hindistan və Ermənistanın baş nazirləri Narendra Modi ilə Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Modi "X" sosial şəbəkə hesabında yazıb.

"Bu gün baş nazir Nikol Paşinyanın telefon zənginə şad oldum. Onu və partiyasını ("Vətəndaş müqaviləsi" - red.) Ermənistanda bu yaxınlarda keçirilmiş parlament seçkilərindəki qələbə münasibətilə təbrik etdim. Hindistan vətəndaşlarının İrandan təxliyə olunmasında göstərdiyi köməyə görə ona təşəkkür etdim", - o bildirib.

Modinin sözlərinə görə, tərəflər həmçinin iki ölkə arasında tərəfdaşlığın, xüsusən də ticarət, müdafiə, texnologiya və sosial əlaqələr kimi əsas istiqamətlərdə daha da gücləndirilməsinə sadiqliklərini təsdiqləyiblər.

"Hindistan-Ermənistan münasibətlərinin daha yüksək səviyyəyə çıxarılması üçün sıx əməkdaşlığı səbirsizliklə gözləyirik", - Hindistanın Baş naziri qeyd edib.

"Cebheinfo.az"