NATO Rusiyaya mesaj VERDİ
Beş Avropa ölkəsi NATO-nun daha da möhkəmləndirilməsinə çağırıb.
“Cebheinfo.az” “Yeni Şafak” – a istinadən xəbər verir ki, Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniyanın liderləri iyunun 24-də Berlində birgə görüş keçirib.
İyulun 7 – 8-də Ankarada planlaşdırılan NATO liderləinin zirvə görüşündən əvvəl keçirilən bu toplantıda Avropa ölkələrinin dövlət və hökumət başçıları NATO-nun daha da gücləndirilməsinə bir daha sadiq olduqlarını təsdiqləyiblər.
Fransa Prezidenti Emmanuel Makron, İtaliya Baş naziri Corcia Meloni, Polşa Baş naziri Donald Tusk və öz postunu tərk etməyə hazırlaşan Böyük Britaniya baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merts birgə görüşdə NATO-nun gələcək hədəflərini və Ankara sammitində gündəliyə çıxarılacaq məsələləri müzakirə ediblər.
Merts Ankara sammitinin transatlantik birliyi gücləndirməsini təmin edəcəyini bildirib. “Bu vacib zirvə görüşünün uğurlu olması üçün birlikdə çalışmaq istəyirik. Bu, təhlükəli vaxtlarda təhlükəsizliyimizə xidmət edir”, - deyə Merts dörd Avropa ölkəsinin başçıları ilə görüşdən sonra keçirilən mətbuat brifinqində bildirib.
Almaniya kansleri Ankara sammitində nüzakirə olunacaq dörd prioritet məsələni açıqlayıb və Avro-Atlantik regionun təhlükəsizliyini təmin etmək iqtidarında olan bir NATO-nu dəstəklədiyini və bunun Avropa üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O, qeyd edib ki, daha yüksək müdafiə xərcləri balanslı transatlantik tərəfdaşlığın təməlini qoya bilər. Merts, həmçinin Avropanın birgə müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinin və Avropa ölkələrinin Ukraynaya hərbi-maliyyə dəstəyin davam etdirilməsinin vacibliyini də diqqətə çatdırıb.
"Təklif edirik ki, biz Avropa ölkələri NATO müttəfiqləri olaraq Kiyevə maliyyə dəstəyini davam etdirək. Bu, Rusiyaya ciddi mesaj ola bilər. Ukrayna güclü olaraq qalmalıdır. Avropanın dəstəyi sarsılmazdır", - deyə Merts bildirib. ABŞ-İran razılaşmasına gəlincə, Merts beş Avropa ölkəsinin ABŞ və İran arasında atəşkəsi təmin edən çərçivə sazişini alqışlandığını da qeyd edib.
Yunis Abdullayev
“Cebheinfo.az”


