Bakı-Tbilisi-Bakı: Əlavə reyslər açıla bilər

Bakı-Tbilisi-Bakı: Əlavə reyslər açıla bilər

Bakı–Tbilisi–Bakı sərnişin qatarı 6 illik fasilədən sonra 26 may 2026-cı il tarixindən etibarən yenidən fəaliyyətə başlayıb.

Qatar hər iki istiqamət üzrə gündəlik olaraq hərəkət edir. Ancaq Bakı-Tbilisi-Bakı qatarına tələbat çoxdur və vətəndaşlar qatara bilet tapmaqda problemlə üzləşirlər.

Mövcud vəziyyəti nəzərər alaraq qatara əlavə vaqonlar qoşmaq və yaxud reyslərin sayını artırmaq mümkündürmü?

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən “Cebheinfo.az”-a bildirilib ki, 2 həftə əvvəl hər reysə əlavə vaqon qoşulub:

“Reys sayını artırmaq üçün hərəkət tərkibi sayı (Lokomotiv və vaqon sayı) da uyğun olmalıdır. Onsuzda gün ərzində Bakı-Tbilisi-Bakı istiqamətində 2 reys həyata keçirilir.

Ancaq hər iki istiqamətdə 2 reysin tətbiqi ilə bağlı imkanlar araşdırılır. Ümumilikdə reys yeni açılıb. Biz də tələbatı görürük, bilirik və üzərində işləyirik”.

Nigar Abdullayeva
“Cebheinfo.az”