Kılıçdaroğlundan Özelə doğru “B” dönüşü: İki lider görüşdü

Kılıçdaroğlundan Özelə doğru “B” dönüşü: İki lider görüşdü

Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilindəki son liderlik mübahisələrindən sonra ilk dəfə olaraq Kamal Kılıçdaroğlu və Özgür Özel vəfat edən keçmiş CHP millət vəkili Orhan Sürun Türkiyə Böyük Millət Məclisində təşkil olunmuş anım mərasimidə görüşüblər.

“Cebheinfo.az” xəbər verir ki, CHP daxilində sədrliyin səlahiyyətləri və qurultayın legitimliyi ilə bağlı fikir ayrılığı hər gün dərinləşsə də, iki lider anım mərasimi münasibətilə olsa belə, eyni çərçivədə görüşüblər. 

21 may tarixində məhkəmənin "mütləq etibarsızlıq" qərarından sonra, CHP sədrliyini qanuni olaraq geri alan Kamal Kılıçdaroğlu ilə nümayəndə səsləri ilə seçilən, lakin hazırda hüquqi nəzarət altında olan Özgür Özel, həftələrlə sərt mesajlardan sonra parlamentdə üz-üzə gəliblər. 

İki lider arasındakı kədərli görüş, Türkiyə Böyük Millət Məclisində mərhum keçmiş CHP millət vəkili Orhan Sür üçün keçirilən rəsmi anım mərasimində baş tutub. Mərasim başa çatdıqdan sonra Kamal Kılıçdaroğlu və Özgür Özel kameraların və millət vəkillərinin diqqətli baxışları altında yan-yana dayanaraq əl sıxıblar. 

Ankara siyasi dairələrində mərasim boyunca məsafə saxlayan iki nəfərin bu əl sıxışması "nəzakət məqsədilə edilən, lakin böhranı həll etməyən protokol təması" kimi şərh edilib.

Bu ilk təmasın nəticələri, xüsusən də Kılıçdaroğlunun son müsahibəsində Özgür Özel və komandasını tənqid etməyə davam etməsi və Özgür Özel fraksiyasının yeni bir partiya iddiaları ("Yürüyüş Partisi") da daxil olmaqla "B planı" variantlarını aktivləşdirməsi nəzərə alınmaqla, ciddi maraq doğurur. 

Nigar
“Cebheinfo.az”