Paşinyan açıqladı: "Zəngəzur dəhlizinin tikintisi başlayır"

Paşinyan açıqladı: "Zəngəzur dəhlizinin tikintisi başlayır"

"Əgər texniki problemlər mane olmazsa, biz bu il tikinti işlərinə başlamaq istəyirik". 

“Cebheinfo.az” xəbər verir ki,  Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 25-də keçirilən brifinqdə TRIPP dəhlizindən danışarkən deyib.

O, hazırda ixtisaslaşmış qrupların birbaşa yerində mühəndislik tədqiqatları apardığı aktiv və hərtərəfli iş prosesinin davam etdiyini vurğulayıb: 

"Proses potensial rabitə marşrutlarının, nəqliyyat qovşaqlarının və elektrik xətlərinin yerində yoxlanılması ilə başlayır. Hazırda müxtəlif mühəndislik, dizayn, layihə, maliyyə və logistika məsələləri demək olar ki, həftəlik, bəlkə də gündəlik müzakirə olunur".

Paşinyan vurğulayıb ki, bu strateji logistika dəhlizinin inkişafı hazırda hökumət səviyyəsində heç bir maneə ilə üzləşmir: "Siyasi və ya maliyyə baxımından heç bir maneə yoxdur, lakin sırf texniki və təşkilati məsələlər yarana bilər".

Xəzər
“Cebheinfo.az”