DİN-dən iri narkotik əməliyyatı - 9 nəfər həbs edildi - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Bakı şəhəri və bölgələrdə keçirdiyi növbəti əməliyyatlar zamanı külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblər qanunsuz dövriyyədən çıxarılıb.
"Cebheinfo.az" xəbər verir ki, əməliyyatlar nəticəsində 37 yaşlı Müzadil Məmmədov, 35 yaşlı Kamran Məmmədov, 40 yaşlı Xanım Qardaşova, 43 yaşlı Rövşən Nəsirov, 42 yaşlı Fərid Nəzərov, 26 yaşlı Orxan Abbasov, 27 yaşlı Eyyub Məmmədov, 43 yaşlı Abdulla Məmmədov və 36 yaşlı Museyib Həsənov saxlanılıblar.
Saxlanılan şəxslərdən ümumilikdə 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, həşiş və yüksək təsirli narkotik vasitə olan kokain, həmçinin 2087 ədəd psixotrop tərkibli metadon və ekstazi həbi aşkarlanaraq götürülüb. Bundan başqa, elektron tərəzilər və narkotik vasitələrin satışından əldə olunduğu ehtimal edilən 55 min 270 manat pul vəsaiti də maddi sübut kimi müsadirə olunub.
İlkin araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
"Cebheinfo.az"


