Faciə böyüyür: Ölənlərin sayı 235-ə çatdı

Faciə böyüyür: Ölənlərin sayı 235-ə çatdı

Venesuelada baş verən ardıcıl iki dağıdıcı zəlzələdə həyatını itirənlərin sayı 235-ə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Venesuela Milli Assambleyasının sədri Jorge Rodriges dünən axşam verdiyi açıqlamada ölkədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayının 188-ə çatdığını, 1500-dən çox insanın yaralandığını, 200-dən çox şəxsin isə dağıntılar altında qaldığını bildirmişdi.

Bu gün açıqlama verən Səhiyyə Nazirliyi isə zəlzələ nəticəsində həyatını itirənlərin sayının 235-ə yüksəldiyini, 4 min 300-dən çox insanın yaralandığını qeyd edib.

200-dən çox şəxsin hələ də dağıntılar altında olduğu ehtimal edilir.

Xatırladaq ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini açıqlayıb.

USGS-nin məlumatına görə, Yaracuy ştatının Yumare şəhərindən 23 kilometr cənub-şərqdə 7,5, San Felipe şəhərindən isə 24 kilometr şimal-şərqdə 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

Məlumatda zəlzələnin Yumaredə 10 kilometr, San Felipedə isə 21,9 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"