"Səbail" Rubin Seyidovu transfer edib

"Səbail" Rubin Seyidovu transfer edib

"Səbail" növbəti transferini reallaşdırıb.

Bu barədə “Cebheinfo.az”a Bakı klubundan məlumat verilib.

Paytaxt təmsilçisi son olaraq "Baku Sportinq"də çıxış etmiş 28 yaşlı müdafiəçi Rubin Seyidovla 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, R.Seyidov daha əvvəl də "Səbail"in şərəfini qoruyub.

“Cebheinfo.az”