Qrono Bakıdakı görüşlərindən yazdı: “Razılığa gəldik”
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıdakı görüşləri zamanı müzakirə olunan məsələlər barədə danışıb.
“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə “X” sosial media səhifəsində yazıb.
"Bakıya səfərimdən, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Elnur Məmmədov da daxil olmaqla, azərbaycanlı tərəfdaşlarımla əsaslı məsləhətləşmələr apardığımdan məmnunam.
Müzakirələrimiz regional inkişaflar, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər, nəqliyyat və logistika imkanları, Azərbaycanla Ermənistan arasında sülh prosesi və Azərbaycan və Ermənistanda qarşıdan gələn yüksək səviyyəli Aİ təmasları qarşısındakı məsələlərə yönəlib.
İki ölkə arasında davamlı sülh yolunda tarixi nailiyyətlərin yaratdığı müsbət impulsu qorumağın vacibliyi barədə razılığa gəldik. Avropa İttifaqı bu prosesi dəstəkləməyə davam edəcək", - Qrono qeyd edib.
Xəzər
"Cebheinfo.az"


