Yanğını söndürməyə gedirdilər: Özləri həlak oldular

Yanğını söndürməyə gedirdilər: Özləri həlak oldular

Kanadanın Şimal-qərbi Territories bölgəsində meşə yanğınlarına müdaxilə edən yanğınsöndürmə təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki,  Kanada polisi Şimal-qərbi Territories bölgəsində meşə yanğınlarının söndürülməsi əməliyyatlarına dəstək verən təyyarənin qəzaya uğradığını açıqlayıb.

Polis bildirib ki, qəza nəticəsində sağ qalan olmayıb və təyyarədə olan 3 nəfərin hamısı həlak olub.

Kanada polisi həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, Bölgədə iyunun 23-də başlayan meşə yanğını təxminən 100 hektar ərazini əhatə edib. Hələ də nəzarət altına alınmayan yanğının təbii səbəblərdən baş verdiyi ehtimal edilir.

Nigar Hacılı 
"Cebheinfo.az"