Azərbaycanda könüllü sığorta bazarı 12 %-dən çox böyüyüb
Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 614,555 milyon manat sığorta haqqı toplanılıb.
"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 343,682 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 33,5 % çoxdur.
Beləliklə, 5 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 47 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.
"Cebheinfo.az"


