Rusiya Moldovanı İTİHAM ETDİ

Rusiya Moldovanı İTİHAM ETDİ

Rusiya diplomatik kuryerlərinin Moldova hakimiyyəti tərəfindən saxlanılması təxribat və beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun təşkilat komitəsinin icraçı katibi Anton Kobyakov forumun yekun brifinqində açıqlama verib. 

Kobyakov bildirib ki, forumun keçirildiyi vaxt belə bir hadisənin baş verməsi diqqət çəkir. Onun sözlərinə görə, Moldova tərəfi Vyana Konvensiyasının 27-ci maddəsini pozaraq Rusiya diplomatik kuryerlərini saxlayıb, onların diplomatik sənədləri və mobil telefonları ilə bağlı axtarış aparılmasını tələb edib.

Rusiya rəsmisi bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib. 

Aişə Abdulova 
“Cebheinfo.az”