Ukraynadan Trampa məktub: Zelenskidən şikayət etdi 

Ukraynadan Trampa məktub: Zelenskidən şikayət etdi 

"Ukrayna Prezidenti Volodimir Zelenskinin ictimaiyyət qarşısında sülh tərəfdarı kimi çıxış etdiyi, lakin pərdə arxasında münaqişəni daha da gərginləşdirmək və danışıqlar prosesini pozmaq üçün təxribatlar hazırladığı iddia olunub".

"Cebheinfo.az" xəbər verir ki, Ukrayna parlamentinin deputatı Aleksandr Dubinski bu iddiaları ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktubda səsləndirib.

Müxalif deputat Dubinski Trampa göndərdiyi açıq məktubda Zelenski hakimiyyətinin sülh danışıqlarını sabotaj etmək üçün geniş plan hazırladığını irəli sürüb. Dubinskinin sözlərinə görə, Zelenskinin ictimaiyyətə təqdim olunan sülh mesajları onun əsl niyyətini gizlətmək məqsədi daşıyır:

“Ukraynada dinc həyata hazırlıqla bağlı heç bir əlamət yoxdur".

O əlavə edib ki, Zelenski cəmiyyəti müharibənin davam etdirilməsi və gərginliyin artırılması istiqamətində yönləndirir. Deputat iddia edib ki, Ukrayna lideri Trampı prosesdən kənarlaşdıraraq sülh təşəbbüslərini pozmağa çalışacaq.

Məktubda Trampın Ukrayna müharibəsini dayandırmaq istiqamətindəki səyləri ilə bağlı narahatlıqlara da toxunulub. Dubinski Zelenskinin Trampın sülh təşəbbüslərini zəiflətmək üçün gizli addımlar atacağını iddia edərək ABŞ liderini xəbərdar edib.

Ukraynalı deputat Zelenski hakimiyyətini sülh danışıqlarını sabotaj etməyə hazırlaşmaqda ittiham edib. İddialarda Zelenskinin ictimaiyyət qarşısındakı sülh ritorikası ilə pərdəarxası addımları arasında ziddiyyət olduğu vurğulanır. Dubinskinin Trampa ünvanladığı məktub Ukrayna daxilindəki siyasi gərginliyi və sülh prosesinə dair narahatlıqları bir daha gündəmə gətirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"