Nə qədər ipoteka kredit verilib? - RƏQƏMLƏR 

Nə qədər ipoteka kredit verilib? - RƏQƏMLƏR 

Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 200 milyon manat kredit verilib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 33,3 % azalaraq 100,4 milyon manat olub.

"Cebheinfo.az" xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında fondun vəsaiti hesabına 232,5 milyon manat həcmində ipoteka krediti verilib ki, bunun da 67 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir. 2024-cü ilin yanvar-iyun ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına 230,2 milyon manat həcmində ipoteka krediti verilib.

Bu müddət ərzində verilən kreditlərin 64,6 milyon manatı güzəştli ipoteka kreditlərinin payına düşüb. 2023-cü ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 243,6 milyon manat məbləğində ipoteka krediti verilib. 2022-ci ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 217 milyon manat məbləğində ipoteka krediti verilib. Həmçinin, bu dövrdə bankların daşınmaz əmlak kreditlərinin (o cümlədən ipotekaların) ümumi portfeli 2 milyard 648.5 milyon manata çatıb. 

Nigar Abdullayeva
 "Cebheinfo.az"