Rusiyada yaşayış icazələrinin ləğvi iki dəfə ARTIB
Rusiya Daxili İşlər Nazirliyi 2026-cı ilin ilk beş ayında xarici vətəndaşlara məxsus 9 min 200-dən çox yaşayış icazəsinin ləğv edildiyini açıqlayıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir.
"Cebheinfo.az" xəbər verir ki, ilin əvvəlindən bu günədək ləğv edilən yaşayış icazələrinin sayı 9 min 200-ü ötüb. 2025-ci ilin ilk beş ayında isə bu göstərici təxminən 4 min 600 səviyyəsində olub. Rəsmilər artımın əsas səbəbinin xarici vətəndaşların qanuni öhdəliklərini yerinə yetirməməsi olduğunu bildirirlər.
Rusiyada yaşayış icazəsinin ləğv edilməsinə səbəb olan əsas pozuntular bunlardır:
Məcburi yaşayış bildirişinin təqdim edilməməsi: Yaşayış icazəsi sahibləri hər il müəyyən edilmiş müddətdə Rusiyada yaşadıqlarına dair Daxili İşlər Nazirliyinə bildiriş təqdim etməlidirlər. Bu tələbin yerinə yetirilməməsi ləğvin ən geniş yayılmış səbəblərindən biri hesab olunur.
Rusiyadan kənarda altı aydan çox qalmaq: Xarici vətəndaşların bir təqvim ili ərzində ümumilikdə altı aydan artıq Rusiyadan kənarda olmaları da yaşayış icazəsinin ləğvinə səbəb olur. Təcili müalicə, ağır xəstəlik və ya şəxsin iradəsindən kənar baş verən fors-major hallar isə bu qaydanın istisnaları sırasındadır.
Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi xarici vətəndaşları bildiriş öhdəlikləri və ölkədə qalma müddəti ilə bağlı qaydalara ciddi şəkildə əməl etməyə çağırıb. Rəsmilər qanunvericiliyə zidd halların aşkarlanacağı təqdirdə oturma icazələrinin ləğvinin davam etdiriləcəyini vurğulayıblar.
Nigar Hacılı
"Cebheinfo.az"


