Tehranda qaz balonu partlayıb: 6 nəfər yaralanıb
İranın paytaxtı Tehranın Pərvin bulvarında qaz balonunun partlaması nəticəsində 6 nəfər yaralanıb.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, hadisə iyunun 26-sı axşam saatlarında baş verib.
"Yerli vaxtla saat 22:30 radələrində Tehran əyalətinin təcili tibbi yardım mərkəzinə partlayış barədə məlumat daxil olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib", - məlumatda bildirilib.
Hadisənin səbəbləri araşdırılır.
"Cebheinfo.az"


