Gürcüstan parlamentinin sonuncu iclasında deputatlar dalaşıb
Gürcüstan parlamentinin yaz sessiyası başa çatıb.
"Report"un yerli bürosunun məlumatına görə, sessiyanın son plenar iclası hökumətin illik fəaliyyət hesabatının təqdim edilməsinə həsr olunub. İclasda Baş nazir İrakli Kobaxidze hökumətin ötən dövrdə gördüyü işlər barədə deputatlar qarşısında hesabat verib.
Plenar iclasın sonunda parlamentdə gərginlik yaşanıb. "Gürcü Arzusu" hakim partiyasının deputatları ilə "Qaxaria Gürcüstan naminə" fraksiyasının üzvləri arasında mübahisə fiziki qarşıdurmaya çevrilib. Deputatlar arasında yumruq davası baş verib.
Qarşıdurmadan sonra parlamentin yaz sessiyası dövlət himninin səsləndirilməsi ilə rəsmən bağlanıb.Mövcud məlumata əsasən, parlamentin payız sessiyası sentyabrın 1-də başlayacaq. Hazırda parlamentin növbədənkənar iclasının çağırılması nəzərdə tutulmur.
"Cebheinfo.az"

