İranda polis postuna silahlı hücum olub: İki əməkdaş ölüb
İranda polis postuna silahlı hücum olub.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın qərbindəki Kürdüstan əyalətinin Bane şəhərində polisin nəzarət-buraxılış məntəqəsinə silahlı hücum olub.
Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub.
Hücum zamanı daha iki polis əməkdaşı və üç yaşlı bir qız yaralanaraq tibb müəssisələrinə çatdırılıb.
"Cebheinfo.az"


