ABŞ qüvvələri Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib
ABŞ qüvvələri Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib.
Bu barədə "Axios"un müxbiri Barak Ravid məlumatlı mənbəyə istinadən "X" sosial şəbəkəsində yazıb.
"ABŞ rəsmisi mənə bildirib ki, ABŞ ordusu Hörmüz boğazında zərbələr endirib", - o qeyd edib.
Başqa bir paylaşımda Ravid zərbələrin İranla əlaqəli hədəflərə endirildiyini yazıb.
"Mehr" agentliyi isə öz növbəsində bildirib ki, İranın cənub sahillərində, Hörmüz boğazı ərazisində partlayış səsləri eşidilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı atəşkəsi pozmaqda ittiham edib.
"Cebheinfo.az"


