Türkiyədə 800 minlik saxta evlilik: Azərbaycanlı qadın həbs edildi - VİDEO
Bir neçə gün əvvəl Türkiyə telekanallarından birində Müge Anlının verilişində qonaq olan Ramazan Yıldız adlı şəxs azərbaycanlı qadın tərəfindən aldadılaraq 800 min lirə (29 200 manat) vəsaitinin ələ keçirildiyini bildirib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, yerli polisin keçirdiyi tədbirlərlə həmin qadının kimliyi müəyyən edilib.
Evlənmək adı ilə Türkiyə vətəndaşı ilə münasibət quran və daha sonra onun 800 min pulunu götürərək qaçan Azərbaycan vətəndaşı K.Y. Ərzurum vilayətində saxlanılıb. O, ifadəsi alındıqdan sonra məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycanlı qadınla əlbir olduğu bildirilən və saxta evlilikdə vasitəçilik etmiş kişi isə Lapseki qəsəbəsində tutularaq həbs edilib.
Qeyd edək ki, son vaxtlar Türkiyədə azərbaycanlı qadınların iştirakı ilə oxşar dələduzluq əməlləri artıq bir neçə dəfə baş verib.
"Cebheinfo.az"


