Binəqədidə yolun çökməsi sürücülər üçün ciddi təhlükə yaradıb - VİDEO
Binəqədi rayonu ərazisində yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Şikayətçi bildirib ki, hadisə S.S.Axundov küçəsində qeydə alınıb. Belə ki, lükün ətrafında asfalt örtüyü çöküb və nəqliyyat vasitələri üçün ciddi təhlükə, qəza şəraiti yaranıb. Buna baxmayaraq, ərazidə heç bir xəbərdaredici nişan quraşdırılmayıb.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.
https://t.me/xeberleroxu/165868
"Cebheinfo.az"


