Lukaku ən məhsuldar futbolçudur
Romelu Lukaku Belçika millisinin heyətində dünya çempionatlarında ən çox qol vuran futbolçu adına sahib çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, 33 yaşlı hücumçu buna Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun III turunun oyununda fərqlənməklə nail olub.
O, mundiallardakı qollarının sayını altıya çatdırıb. Beləliklə, forvard Mark Vilmotsu (beş qol) geridə qoyub.
Xatırladaq ki, Belçika millisi beş xalla G qrupunu birinci pillədə bitirib və pley-offa yüksəlib.
"Cebheinfo.az"


