İran-ABŞ müharibəsi zamanı hansı sahələrdə aktivlik müşahidə olunub? - ARAŞDIRMA
ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə, qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi artırmaqla yanaşı, eyni zamanda ən böyük iqtisadi qazanclar gətirdi.
"Cebheinfo.az" xəbər verir ki, bu istiqamətdə Qətərdə yerləşən "Əl-Cəzirə" televiziyası bununla bağlı faydalı araşdırma-hesabatını ictimaiyyətə təqdim edib.
Qeyd olunur ki, ABŞ və İsrailin İrana ilk hücumlarından təxminən dörd ay sonra qlobal iqtisadiyyatda müharibənin yaratdığı qeyri-müəyyənlik bəzi sektorlar üçün milyardlarla dollar qazanc gətirib.
Enerji qiymətlərinin artması, qlobal ticarətdəki pozuntular və bazar dalğalanmaları müdafiə şirkətlərinin, neft və təbii qaz istehsalçılarının, gəmiçilik və sığorta şirkətlərinin və "Wall Street"in iri bankları gəlirlərini əhəmiyyətli dərəcədə artırıb.
Müharibənin ən böyük "qalibləri" arasında enerji şirkətləri yer alır
Bildirilir ki, enerji sektoru ABŞ, İsrail-İran münaqişədən daha çox faydalanıb. Müharibədən əvvəl dünyanın neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən beşdə biri Hörmüz boğazından həyata keçirilirdi.
Bölgədə daşınmalarda baş verən pozuntular xam neftin qiymətlərini sürətlə artırdı və qlobal enerji bazarlarında kəskin dalğalanmalara səbəb oldu. Artan qiymətlər xüsusilə neft istehsalçılarının gəlirlərini artırdı.
Səudiyyə Ərəbistanında yerləşən neft şirkəti birinci rübdə 32,5 milyard dollar mənfəət əldə etdiyini bildirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artım deməkdir.
Şirkət Hörmüz boğazını keçərək Qırmızı dənizə uzanan 1 200 kilometrlik Şərq-Qərb neft boru kəmərindən istifadə edərək gündəlik 7 milyon barel ixrac həcmini qoruyub saxlayıb ki, bu da ona neftini daha yüksək qiymətlərlə satmağa imkan verib.
"British Petroleum" (BP) birinci rübdə 3,2 milyard dollar mənfəət əldə etdiyini bildirib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur və analitiklərin 2,67 milyard dollarlıq gözləntilərini üstələyib.
"Əl-Cəzirə" telekanalının araşdırmasına görə, qazanc yalnız böyük neft şirkətləri ilə məhdudlaşmayıb. Qlobal mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri normal olaraq Hörmüz boğazından keçdiyindən, ABŞ-da yerləşən "Venture Global" və "Cheniere Energy" kimi mayeləşdirilmiş təbii qaz şirkətləri də alıcıların daha təhlükəsiz təchizat axtarması səbəbindən bundan faydalanıb.
Müdafiə sənayesi şirkətlərinin sifarişləri artdı
"Əl-Cəzirə"nin hesabatına görə, ABŞ və İsrailin İrana ilk hücumlarından bir neçə gün sonra dünyanın ən böyük silah istehsalçılarının rəhbərləri azalan sursat ehtiyatlarını doldurmaq üçün istehsalın artırılmasını müzakirə etmək üçün Ağ Evdə görüşdülər.
"RTX", "Lockheed Martin", "Boeing", "Northrop Grumman"," BAE Systems", "L3Harris" və "Honeywell" şirkətlərinin rəhbərlərinin qatıldığı görüşdə bildirilib ki, milyardlarla dollar dəyərində mövcud sifarişlərə əlavə olaraq, hökumətlər silah ehtiyatlarını artırmaq üçün səy göstərdikcə yeni sifarişlərin də artması gözlənilir.
Hesabatda həmçinin xatırladılır ki, münaqişələrdən cəmi bir neçə həftə əvvəl ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetin tələb etdiyi müdafiə büdcəsində 500 milyard dollarlıq artımı təsdiqləyib.
Gəmiçilik və sığorta şirkətləri yükdaşımalardan və mükafatlardan qazandı
"Əl-Cəzirə"nin məlumatına görə, Avropa maliyyə təşkilatı "Kepler Cheuvreux" Hörmüz boğazındakı fasilələrin tankerləri daha uzun marşrutlardan istifadə etməyə məcbur etdiyini və qlobal tanker donanmasının təxminən 7 %-ni işlək vəziyyətə gətirdiyini bildirib.
Bu, yük daşımalarının qiymətlərini tarixən yüksək səviyyələrə çatdırıb.
Hesabatda qeyd edilir ki, münaqişənin başlamasından sonra Hörmüz boğazından keçən gəmilər üçün müharibə riski sığortası haqları beş dəfə artıb və bu da dəniz sığortaçılarının gəlirlərini artırıb.
"Wall Street"in iri bankları bazar dəyişkənliyindən faydalandı
Məlumata görə, müharibə təkcə enerji və müdafiə sektorlarına deyil, həm də maliyyə sektoruna müsbət təsir göstərib. Neft, valyuta və istiqraz bazarlarındakı kəskin dalğalanmalar investorların portfellərini yenidən formalaşdırmasına səbəb olub, ticarət həcminin artması isə investisiya banklarının komissiya və əməliyyat gəlirlərini artırıb.
Bildirilib ki, ABŞ-nin altı ən böyük investisiya bankı - "JPMorgan Chase", "Bank of America", "Citigroup", "Morgan Stanley", "Goldman Sachs" və "Wells Fargo" - 2026-cı ilin ilk üç ayında ümumilikdə təxminən 48 milyard dollar mənfəət əldə ediblər.
Nigar
"Cebheinfo.az"


