İran bu ölkəyə hücum etdi
İyunun 27-si İranın bir neçə pilotsuz uçan aparatı Bəhreyn ərazisinə hücum edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Bəhreyn Krallığı rəsmi məlumat yayıb.
Krallıq bu hücumu “ölkənin suverenliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulması” adlandırıb.
Öz növbəsində, Böyük Britaniyanın Dəniz Ticarətinin Koordinasiya Mərkəzi Hörmüz boğazında bir tankerin naməlum mərmi ilə vurulduğunu bildirib.
“Atəş nəticəsində kapitanın körpüsü zədələnib, bütün heyət üzvləri isə sağ-salamatdır”, - deyə məlumatda bildirilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”


