Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Çinin paytaxtı Pekində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub, 13 nəfər isə yaralanıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çaoyan rayon administrasiyası məlumat yayıb.
Bildirilib ki, hadisə iyunun 26-da baş verib. Birmühərrikli ikinəfərlik yüngül idman təyyarəsi uçuş zamanı hündürmərtəbəli binaya dəyib.
"Göyərtədə yalnız pilot olub, o da həlak olub", - administrasiyanın bəyanatında bildirilib.
Qəzanın səbəbləri hələlik açıqlanmır.
İlkin məlumatlara görə, toqquşma nəticəsində hündürmərtəbəli binanın fasadının iki böyük şüşə paneli zədələnib. Xəsarət alan 13 nəfərin hamısına tibbi yardım göstərilir.
"Cebheinfo.az"


