Çində memorial tağın uçması nəticəsində bir nəfər ölüb

Çində memorial tağın uçması nəticəsində bir nəfər ölüb

Çinin şərqindəki Şandun əyalətinin Tsuyfu şəhərində memorial tağın üst hissəsinin uçması nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.

Hadisədən sonra xəsarət alan yeddi nəfər xəstəxanaya çatdırılıb, lakin onlardan birini xilas etmək mümkün olmayıb.

Hakimiyyət orqanları hadisənin səbəblərini araşdırmağa başlayıblar.

"Cebheinfo.az"