Lionel Messi 63 illik rekordu təkrarladı

Lionel Messi 63 illik rekordu təkrarladı

Argentina yığmasının hücumçusu Lionel Messi DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə matçda (3:2) fərqlənərək dünya çempionatlarının pley-off mərhələsində ən uzun qol seriyası ilə bağlı rekordu təkrarlayıb.

"Report" "Opta Analyst"ə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu dünya çempionatının ardıcıl 5 pley-off oyununda qol vuraraq turnirin bu mərhələdəki rekord seriyasına şərik olub.

Kabo Verde ilə görüşün 29-cu dəqiqəsində hesabı açan təcrübəli oyunçu dünya çempionatlarında özünün 20-ci qolunu vurub. Futbolçunun bu uğurlu seriyası DÇ-2022-də start götürüb. O, 1/8 finalda Avstraliya, 1/4 finalda Niderland, yarımfinalda Xorvatiya və finalda Fransa yığmalarının qapısına yol tapıb.

Qeyd edək ki, əvvəllər dünya çempionatlarının pley-off mərhələsində ardıcıl 5 oyunda braziliyalılar Leonidas (1934 və 1938-ci illərdə), Vava (1958 və 1962-ci illərdə) və macarıstanlı Dyerd Şaroşi (1934 və 1938-ci illərdə) qol vurmağı bacarıblar. Beləliklə, Messi 1962-ci ildən sonra bu göstəricini təkrarlayan ilk oyunçu olub.

"Cebheinfo.az"