"İmişli" Hüseynəli Quliyevlə yolları ayırdığını açıqlayıb

"İmişli" Hüseynəli Quliyevlə yolları ayırdığını açıqlayıb

"İmişli" qapıçısı Hüseynəli Quliyevlə yolları ayırdığını açıqlayıb.

Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Qolkiper karyerasını "Zirə"də davam etdirəcək. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu daha əvvəl "Sumqayıt" və "Səbail"də də çıxış edib.

Qeyd edək ki, "İmişli" Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü 34 xalla 9-cu pillədə başa vurub.

"Cebheinfo.az"